Azərbaycan və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında 2026-2027-ci illər üçün Müdafiə üzrə İkitərəfli Əməkdaşlıq Planı imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” hesabında məlumat paylaşılıb.
“Böyük Britaniya müdafiə sahəsində Azərbaycanla sıx əməkdaşlıqdan və onun Strateji Tərəfdaşlıqdakı rolundan qürur duyur. Dünən Böyük Britaniya və Azərbaycanın Müdafiə nazirlikləri 2026-2027-ci illər üçün Müdafiə üzrə İkitərəfli Əməkdaşlıq Planını imzaladı. Ortaq prioritetləri həyata keçirmək üçün yaxından əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – deyə məlumatda qeyd olunub.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */
				
				
