 Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da ad çəkmədən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi xəyanətdə ittiham edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da ad çəkmədən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi xəyanətdə ittiham edib.
Heftelik.az xəbər verir ki, Eldar Əzizov BŞİH-də keçirilən müşavirədə deyib ki, bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşməsi halları ilə qarşılaşırıq.
“Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir”, – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib.
Eldar Əzizov qeyd edib ki, hər bir dövlət məmuru cəmiyyət qarşısında məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş etdirməlidir.
