AZ

“Barselona” Osimhenlə maraqlanır

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, 26 yaşlı forvardla “Barselona” yaxından maraqlanır.

Kataloniya təmsilçisi Osimheni polşalı hücumçu Robert Levandovskinin potensial əvəzləyicisi kimi görür.

Nigeriyalı forvardın “Qalatasaray”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyunda 6 dəfə fərqlənərək, komandasının əsas qol silahına çevrilib.

Seçilən
29
msport.az

1Mənbələr