AZ

Krımda Telegram və WhatsApp ın fəaliyyəti məhdudlaşdırıldı

ain.az bildirir, Baku.ws portalına istinadən.

Krımda "Telegram" və "WhatsApp" messencerlərinin fəaliyyəti məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti"yə Krımın telekommunikasiya operatoru "Volna" məlumat verib.

"Telegram və WhatsApp messencerlərinin işi Krım ərazisində qismən məhdudlaşdırılıb. Bu tətbiqlərin bloklanması ilə bağlı tədbirlər Roskomnadzor tərəfindən həyata keçirilir və bu, Rusiyadakı bütün operator və provayderlərin abunəçilərinə aiddir", – məlumatda qeyd olunub.

Operatorun nümayəndələri əlavə ediblər ki, respublikanın Daxili Siyasət, İnformasiya və Rabitə Nazirliyi krım sakinlərinə MAX adlı messenceri quraşdırmağı tövsiyə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
baku.ws

2Mənbələr