Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşub.
Publika.az Report-a istiandən xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Land Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Şanqan", VAZ-2106 və "Hunday" markalı avtomobillərə çırpılıb.
Zərbənin təsirindən "Land Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib.