AZ

Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ehtiyat göstəricilərini açıqlayıb.

Marja xəbər verir ki, Mərkəzi Bankın cəmi ehtiyatları 24 oktyabr həftəsində 12,9 milyard dollar azalaraq 185,5 milyard dollara düşüb. Qurumun ehtiyatları 17 oktyabr həftəsində 198,4 milyard dollarla tarixi rekord səviyyəyə çatmışdı.

TCMB-nin qızıl ehtiyatları 111,17 milyard dollardan 104,66 milyard dollara düşüb və bu, tarixi azalma kimi qeydə alınıb.

Mərkəzi Bankın valyuta ehtiyatları isə 87,27 milyard dollardan 80,8 milyard dollara düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
marja.az

3Mənbələr