AZ

4 illik sevgilisi “Kızılcık şerbeti”nin aktrisasının pulunu oğurladı

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Kızılcık şerbeti” serialındakı “Leman” obrazı ilə tanınan türkiyəli aktrisa Sevim Erdoğan dörd ildir birlikdə olduğu sevgilisi Akın E.-dən ayrılmaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, ayrılıq qərarını sevgilisinə bildirmək üçün evində görüşən Sevim spirtli içki qəbul etdikdən sonra yuxuya gedib. Bundan istifadə edən Akın E. aktrisanın mobil telefonundan banka hesabına daxil olaraq 225 min lirəni öz hesabına köçürüb. Daha sonra telefonu da götürüb evdən qaçıb.

Sevim bildirib ki, Akın E. son zamanlarda işsiz idi və bu səbəbdən tez-tez ondan pul istəyirdi:

“Anamdan belə onun üçün borc almışdım. Üstəlik, qumar da oynayırdı. Mən yuxuya gedəndən sonra razılığım olmadan 225 min lirəmi öz hesabına köçürüb. Telefonumu da götürüb gedib.”

Hadisədən sonra Sevim bank hesabını dərhal blokladıb və pulunu geri almağa nail olub, lakin Akın E. barəsindəki şikayətini geri götürməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
axsam.az

1Mənbələr