AZ

PSJ-nin vingeri Azərbaycanla matçdan öncə sıradan çıxdı

Futbol üzrə Fransa millisinin gənc vingeri Dezire Due DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib.

Fanat.Az xəbər verir ki, PSJ-nin 20 yaşlı futbolçusu Liqa 1-in 10-cu turunda "Loryen"lə matçda (1:1) xəsarət alaraq meydandan xərəkdə çıxarılıb.

Onun sağalması üçün bir neçə həftə lazım olacaq.

Due oktyabrda Azərbaycan seçməsinə qalib gəldikləri (3:0) qarşılaşmada da zədə səbəbindən iştirak edə bilməyib. Futbolçu cari mövsüm PSJ-də meydana çıxdığı 15 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Azərbaycan - Fransa görüşü noyabrın 16-da baş tutacaq.

Seçilən
13
1
fanat.az

2Mənbələr