AZ

Tramp cənnətə düşməyə çalışır – “New York Times”

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında və Rusiya-Ukrayna müharibəsində sülh təşəbbüsləri vasitəsilə cənnətdə yer qazanmağa çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” qəzetində dərc olunan məqalədə qeyd edilir.

“Son vaxtlar Trampın cənnətdən danışdığı iki hal, onun Qəzza zolağında atəşkəsə nail olması və Ukraynada sülh razılaşması əldə etmək səyləri ilə bağlı olub. Əslində o, bunları öz nicatı üçün arqument kimi təqdim edib,” – deyə məqalədə bildirilir.

Qəzet, həmçinin Trampın cənnətə düşməyə layiq olub-olmadığına şübhə etdiyini yazır.
Məqalədə vurğulanır ki, ömrünün səkkizinci onilliyinə yaxınlaşan bir insan üçün həyatını dəyərləndirmək təbii haldır, lakin ABŞ prezidentinin timsalında bu qeyri-adi görünür, çünki o, nadir hallarda öz qüsursuzluğunu ictimai şəkildə dilə gətirir.

Bizim.Media

Seçilən
15
2
bizim.media

3Mənbələr