AZ

Britaniya ilə əməkdaşlıq planı imzalandı

Azərbaycan və Böyük Britaniya Müdafiə Nazirlikləri arasında 2026-2027-ci illər üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin X hesabında paylaşım edilib.

“Biz müdafiə sahəsindəki sıx əməkdaşlığımızdan və Strateji Tərəfdaşlıq çərçivəsində onun rolundan qürur duyuruq. Dünən Böyük Britaniya və Azərbaycan Müdafiə nazirlikləri arasında 2026/27-ci illər üçün müdafiə üzrə İkili Əməkdaşlıq Planı imzalanıb. Ortaq prioritetlərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycana qarşı silah embarqosunu tamamilə aradan qaldırmasından sonra müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açılıb.

Seçilən
23
10
nocomment.az

10Mənbələr