AZ

"Şəfa" nə vaxt başlayacaq?

Bizon Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində digər 1-ci Liqa təmsilçisi "Cəbrayıl"ı məğlub edən "Şəfa" növbəti çempionat oyununu "Mingəçevir"ə qarşı keçirəcək.

Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmlinin Fanat.Az-a verdiyi məlumata görə, komandanın 2 günlük istirahəti sabah başa çatacaq.  

Noyabrın 31-də Bakı Olimpiya Stadionunda bir araya gələcək kollektiv "işıqçılar"la səfər matçına hazırlaşacaq. 

Qeyd edək ki, 1-ci Liqanın 7-ci turu çərçivəsində baş tutacaq "Mingəçevir" - "Şəfa" qarşılaşması noyabrın 5-də reallaşacaq. Matçın start fiti 14:00-da səsləndiriləcək.

Nihat

Seçilən
4
fanat.az

1Mənbələr