AZ

İtaliya-Azərbaycan Universitetinin tədris korpuslarına növbəti ziyarət



Bu barədə məlumatı Milli Məclisin deputatı Azər Kərimli sosial şəbəkə hesabında paylaşıb.

"İtaliya Respublikasının Deputatlar Palatasının üzvü cənab Eugenio Zoffili və İtaliyanın ölkəmizdəki səfiri cənab Luca Di Gianfrancesco ilə birgə bu il oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikasının Prezidenti cənab Sergio Mattarella tərəfindən açılışı keçirilmiş İtaliya-Azərbaycan Universitetinin tədris korpuslarını ziyarət etdik.Qonağımız həm tələbə şəhərciyinin, həm də tədris korpuslarının yüksək zövq və müasir texnologiyaların tətbiqi ilə inşa olunduğunu xüsusi vurğuladı. Həmkarım, ADA Universitetinin prorektoru hörmətli Fariz İsmayılzadəyə qonaqpərvərliyə və qonağımıza ətraflı məlumatların təqdim olunmasına görə təşəkkürümü bildirirəm".

aia.az



Seçilən
20
aia.az

1Mənbələr