“Azərpoçt” MMC daha bir tenderinə yekun vuraraq, avtomobil almaq planını icra etməyə hazırlaşır.
Tribunainfo.az xəbər verir ki, sözügedən qurum dünən açıqladığı nəticələrdə qeyd edib ki, bu dəfə 3 ədəd van tipli qapalı furqon yük avtomobil alacaq.
Məlumatda qeyd edilir ki, “AZ-TEX-IMPORT” MMC ilə əldə olunmuş anlaşmaya əsasən maşınların alınmasına 243 min manat xərclənəcək.
Qeyd edək ki, “Azərpoçt” MMC 2025-ci il ərazində avtomobil almaq üçün daha iki tender keçirib. Bu tenderlərdən biri 7 oktyabrda baş tutub. 3 ədədə kompakt van tipli qapalı furqon yük avtomobillərinin satın alınması ilə bağlı “ROADSTER” MMC ilə 178 min 770 manatlıq müqavilə bağlanılıb.
Bundan başqa, avqustda həyata keçirilən tender vasitəsi ilə “Azərpoçt” pikap tipli avtomobillərin satın alınması üçün “ALFA MOTORS COMPANY” MMC ilə razılaşıb. 4 ədəd pikap maşını alınmasına 177 min manat ödənilib.
Fərda Uğur
 
                        