17 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.
QOL.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib. Kişinyovda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk görüşdə Uelsə 0:7, ikinci matçda Kosovoya 0:6 hesabı ilə məğlub olub.
 
                        