
Fransa Prezidenti Emmanuel Makronun reytinqi onun prezidentliyindən bəri ən aşağı səviyyəyə düşüb.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, keçirilən sorğu nəticəsində onun dəstəkçiləri keçən ay 16% olduğu halda, hazırda 11%-ə düşüb.
Qeyd edək ki, respondentlərin 84%-i Fransa liderinin fəaliyyətini mənfi qiymətləndirir, qalan 5%-i isə qərarsızdır. Bu müddət ərzində Baş nazir Sebastien Lecornunun reytinqi isə 20%-dən 26%-ə yüksəlib.
İlahə Qənbərli
Missiya.Az
