AZ

Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb (FOTO)

Bakı.Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovoktyabrın 30-da Türkiyə Respublikasının Diyanət İşləri İdarəsininsədri Safi Arpaguş ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıqmünasibətlərinin dərin tarixi köklərə malik olduğu, dövlətbaşçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafı üçün güclüzəmin yaratdığı xüsusi vurğulanıb.

R.Məmmədov Safi Arpaguşu Diyanət İşləri İdarəsinin sədrivəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrikedərək, iki qardaş ölkə arasında dini sahədə əlaqələrin daha dagenişlənəcəyinə inamını ifadə edib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəniirsimizin, adət-ənənələrimizin qorunmasına və dünyada təbliğinəmühüm prioritet kimi yanaşır. Məhz bu siyasət nəticəsində ölkəmizdəinsanların etiqad azadlığı etibarlı şəkildə təmin olunur.R.Məmmədov qeyd edib ki, dini konfessiyalar arasında qarşılıqlıanlaşma və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Dünyəvi dövlətprinsiplərinə sadiq olan Azərbaycanda dövlət-din münasibətlərininözünəməxsus və uğurlu modeli formalaşıb. O, bu modelin diniicmaların fəaliyyətinə dövlət dəstəyinin təmin edilməsi, dinimaarifçilik və təhsil sahəsində kompleks tədbirlərin, həmçininmüasir çağırışlara uyğun təşəbbüslərin səmərəli icrasındaəhəmiyyətli rol oynadığını bildirib.

Safi Arpaguş Azərbaycan ilə Türkiyə arasında mövcud olanqardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdəəlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaratdığınıqeyd edib. O, dini təhsil, maarifləndirmə və kadr hazırlığısahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsininmühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə multikulturalizm, tolerantlıq sahələrində layihələrinhəyata keçirilməsi, dini radikalizm və ekstremizmə qarşı mübarizədəbirgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanİlahiyyat İnstitutu və Türkiyə Diyanət Akademiyası arasındaelmi-tədris əməkdaşlığının təkmilləşdirilməsi barədə müzakirələraparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının TürkiyəRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovda iştirak edib.

Dövlət
Seçilən
10
12
az.trend.az

10Mənbələr