Tovuzun Qovlar şəhərində yerləşən 2 nömrəli evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərən işdən azad olunub. Bu barədə Qazax-Tovuz regional təhsil idarəsindən anews.az-a bildirilib.
"Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışın təxminən iki il əvvəl baş verib. Tlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.
Gülnar Nazimqızı
 
                        