AZ

Tovuzda bağçada azyaşlıya qarşı şiddət: VİDEO

Tovuz rayonunda fəaliyyət göstərən bağçada azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.

 

Görüntünün Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alındığı iddia edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hazırda məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun hadisəyə hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, məsələ ilə bağlı digər aidiyyəti qurumlara sorğu ünvanlanıb.

 

Sözügedən görüntünü təqdim edirik:

 

 

Tarix: 30 Oktyabr 2025, 17:49   
Seçilən
26
1
pravda.az

2Mənbələr