AZ

Ağstafada Vətən müharibəsi şəhidlərin ildönümlərində xatirələri anılıb

30 oktyabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidləri Süleymanov Orxan Oruc oğlunun, Namazov Mahmud Ələsgər oğlunun, Səfərov Əfqan Nadir oğlunun və Qəfərov Rəvan Elxan oğlunun ildönümlərində əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Saloğlu qəsəbəsində, Qıraq Kəsəmən, Həsənsu və Dağ Kəsəmən kəndlərində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhidlərimizin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Seçilən
2
4
yeniazerbaycan.com

5Mənbələr