AZ

Dünyada ilk dəfə ağ İber vaşağının fotosu çəkilib

İspanyalı fotoqraf dünyada ilk dəfə ağ İber vaşağın fotosunu çəkib.

“Yeni Sabah” xəbər verir ki, heyvanı qaçaq ovçulardan qorumaq üçün görüntülərin harada çəkildiyi açıqlanmayıb.

Bu hadisə növün yoxolma təhlükəsi ilə üz-üzə qaldığı 2011-ci ildən bəri İspaniya və Portuqaliyada həyata keçirilən “Lynx pardinus” (“İber vaşağı”) proqramlarının uğurla davam etdiyini göstəricisi kimi qiymətləndirilib. Pepperoni pizza

Həvəskar təbiət fotoqrafı Anxel İdalqo Cənubi İspaniyanın Xaen dağlarının dərinliklərinə yerləşdirdiyi fototələ kamerasının görüntülərini izləyərkən yeni kəşfini “Aralıq dənizi meşəsinin ağ xəyalı” adlandırıb.

İdalqo dərisində qismən və ya tamamilə piqment çatışmazlığına səbəb olan, lakin albinolarda olduğu kimi göz rənginə təsir etməyən genetik vəziyyət daşıyan İber vaşağını qeydə almağa nail olub.

Yerli mətbuat yazır ki, bu misilsiz kəşf oktyabrın 22-də Xaen vilayətində qeydə alınıb.

Təbiətdə çəkilən bu nümunənin üzərində izləmə yaxalığı (tasma) olmadığı üçün çəkildiyi yerin də gizli saxlandığı bildirilir. İspaniya və Portuqaliya rəsmilərinin qoruma səylərinə baxmayaraq, İber vaşağı Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən hələ də “həssas” növlər arasında göstərilir.

İspaniyanın Ekoloji Dəyişikliklər Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə İber yarımadasında məhz bu növün sayı 2 mindən çox olub.

Yalnız bu bölgəyə xas olan bu böyük pişik, Aralıq dənizi landşaftının ekosistemləri və qida zənciri üçün həyati əhəmiyyət daşıyır. Bu pişiklər əsas qida mənbəyi olan dovşanların başlıca ovçusudur.

Qeyd edək ki, alimlərin iddialarına görə, bu növün yox olması ekoloji balansın pozulması ilə nəticələnə bilər.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
21
yenisabah.az

1Mənbələr