“Kəpəz”in baş məşqçisi Azər Bağırov heyətdəki lazımsız futbolçulardan qurtulmaq üçün qış fasiləsini gözləyir.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, hazırda mütəxəssisi 4 oyunçunun hazırlıq səviyyəsi ümumiyyətlə qane etmir.
Onlardan biri yerli, üçü isə legionerdir. Bağırovun başlayacağı “təmizləmə əməliyyatı”nda klubdan göndəriləcək iki əcnəbinin adı da dəqiqləşib. Bunlar portuqaliyalı müdafiəçi Pedro Qomeş və Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Kresus Donqodur.
Xatırladaq ki, “Kəpəz” rəhbərliyi Premyer Liqanın 6-cı turundan sonra xal qazana bilməyən baş məşqçisi Adil Şükürovu istefaya göndərərək ötən mövsümün sonunda yollarını ayırdığı Azər Bağırovu geri qaytarıb.