Bakı. Trend:
Almaniyanın Bavariya məhkəməsi yanvar ayında şəhər parkındainsanlara bıçaqla hücum edən əfqan miqrantı anlaqsız elan edərək,onun psixiatrik xəstəxanaya yerləşdirilməsi barədə qərarçıxarıb.
Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, məhkəmə-psixiatrik ekspertizanın rəyinə görə,kişi paranoid şizofreniyadan əziyyət çəkir və törətdiyi əmələ görəcinayət məsuliyyətinə cəlb edilə bilməz.
Xatırladaq ki, 22 yanvar tarixində Aşeffenburq (Bavariya)şəhərində 28 yaşlı əfqanıstanlı şəxs parkda keçənlərə bıçaqla hücumedib. Hadisə zamanı 41 yaşlı kişi və 2 yaşlı uşaq həlak olub, üçnəfər isə yaralanıb.
Hücum edən şəxs 2022-ci ilin noyabrında Almaniyaya gəlib, lakinsığınacaq ala bilməyib və onu deportasiya gözləyirdi.
