AZ

Bu serial 40-dan çox ölkədə birinci oldu

Soyuq atmosfer, boz tonlar, sirli obrazlar və dinamik hadisə axını… Bu dəfə Danimarkadan gələn qısa, amma gərgin süjetli serial cəmi iki gün ərzində 40-dan çox ölkədə Netflix platformasının ən çox izlənilən layihəsinə çevrilib.

“Yeni Sabah” xəbər verir ki, platformanın yeni ulduzu - cəmi 6 seriyadan ibarət danimarka mənşəli casus trilleri “Gizli kimlik” (“Agent”) 42 ölkədə reytinq cədvəlinin zirvəsinə yüksəlib.

Serialın süjet xəttinin mərkəzində polis akademiyasından qovulan gənc qadın Tea dayanır. Ona son bir şans verilir: təşkilatlanmış cinayətkar şəbəkələrə nüfuz etmək üçün gizli agent kimi fəaliyyət göstərmək. Bunun üçün o, cinayətkar aləmlə əlaqəsi olan Eşli adlı qadınla yaxın münasibət qurmalıdır. pizza sifarişi

Lakin iki qadın arasındakı münasibət peşəkar sərhədləri aşaraq emosional bağa çevrilir. Tea artıq həm dövlətə, həm də öz duyğularına qarşı sadiqliyini sorğulamağa məcbur qalır.

Serial boyu Tea polis orqanı ilə criminal aləm arasında sıxışır. Missiyasını davam etdirdikcə o, kimliyini gizlətmək, yalan danışmaq və getdikcə daha qaranlıq qərarlar vermək məcburiyyətində qalır. Hər bölümdə intriqa artır, qəhrəmanın daxili mübarizəsi isə daha da dərinləşir.

Tənqidçilərin fikrincə, serialın bu qədər səs-küy yaratmasının əsas səbəbi tempin yüksəkliyi ilə personaj dərinliyinin balanslı olmasıdır. 6 seriyalıq format sayəsində lazımsız uzatmalardan qaçılır və izləyiciyə bir həftəsonu ərzində tək nəfəsə baxılası bir hekayə təqdim olunur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
24
yenisabah.az

1Mənbələr