AZ

Almaniya kansleri Türkiyəni Avropa İttifaqında görmək istədiyini bəyan edib

Fridrix Merts Ankaranın hələ üzvlük üçün bütün tələbləri yerinə yetirmədiyini, lakin Türkiyənin Aİ-yə inteqrasiyasını dəstəklədiyini bildirib...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair mövqeyini açıqlayaraq, ölkəsinin bu prosesi prinsipial olaraq dəstəklədiyini deyib. Onun sözlərinə görə, Türkiyə Avropa ilə sıx əməkdaşlıq etməyə və Avropa ailəsinin bir hissəsi olmağa layiqdir, lakin bunun üçün Aİ-nin bütün siyasi və institusional standartlarına əməl edilməlidir.

Merts qeyd edib ki, Ankara hələ üzvlük üçün zəruri bütün öhdəlikləri yerinə yetirməyib. O, Türkiyənin Avropa İttifaqına daxil olma yolunun “Kopenhagen meyarlarının” tam şəkildə yerinə yetirilməsindən keçdiyini vurğulayıb. Bu meyarlar demokratik institutların sabitliyi, insan haqlarının qorunması, azlıqların hüquqları və bazar iqtisadiyyatının işləməsi kimi prinsipləri əhatə edir.

Almaniya kansleri bildirib ki, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərin inkişafı həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Onun fikrincə, Türkiyənin Aİ ilə yaxınlaşması regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə kömək edə bilər.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr