AZ

Nazirlik: Qiyabi təhsil formasının ləğv edilməsi ilə bağlı qərar mövcud deyil

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırda qiyabi təhsil formasının ümumilikdə ləğv edilməsi ilə bağlı qərar mövcud deyil.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son illərdə tədris keyfiyyətinin yüksəldilməsi, praktik bacarıqların artırılması və əmək bazarının tələblərinin nəzərə alınması məqsədilə bəzi ixtisaslar (tibb, pedaqogika, mühəndislik, informasiya texnologiyaları və digər bu kimi ixtisaslar) üzrə qiyabi təhsil forması mərhələli şəkildə dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
9
oxu.az

10Mənbələr