AZ

Həmin radar nişanının yeri dəyişdiriləcək Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Böyükşor-Pirşağı avtomobil yolunda yol nişanlarının düzgün yerləşdirilməməsi sürücülərin narazılığına səbəb olub.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülər bu mövzuda müzakirələrə yol açıb.

Qeyd olunub ki, yolda radar barədə məlumatlandırma nişanı tələb olunan məsafədə deyil, birbaşa stasionar radarın altında quraşdırılıb.

“Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə əsasən isə radar nişanı yaşayış məntəqələrində 50-200 metr, yaşayış məntəqələrindən kənarda isə 150-1000 metr məsafədə - radardan əvvəl yerləşdirilməlidir. Lakin qeyd olunan yolda bu nişan stasionar radarın təxminən 10 metrliyində quraşdırılıb”, - deyə şikayətdə vurğulanır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə işlər aidiyyəti qurumlarla razılaşdırılmış layihə üzrə müqavilə əsasında həyata keçirilib: “Layihə üzrə nişanlar da qeyd olunmuş nöqtələr üzrə yerləşdirilib. Radar qurğusu daha sonra aidiyyəti qurum tərəfindən quraşdırılıb. Hazırda qanunvericiliyə uyğun olaraq həmin nişanın yerinin dəyişdirilməsi üçün danışıqlar aparılır. Onu da əlavə edək ki, yolboyu nəzərdə tutulmuş sürət həddi saatda 90 km olaraq müəyyənləşdirilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
qafqazinfo.az

2Mənbələr