AZ

Azərbaycandan tonlarla alma Türkiyəyə buraxılmayıb - Səbəb

"Fueqo" MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Ölkə.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.

Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən Azərbaycanda qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.

Seçilən
6
7
olke.az

10Mənbələr