AZ

Azərbaycan idmançılarının VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi müzakirə olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 oktyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə idmançıların yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.

Nazir Oyunlarda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Eyni zamanda, federasiya nümayəndələri idmançıların Oyunlara hazırlığı barədə məlumat veriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
5
azertag.az

7Mənbələr