AZ

Putindən əmr: Əməliyyatlar...

Rusiya ordu qüvvələri xarici jurnalistlərin keçidini təmin etmək üçün Krasnoarmeysk, Dimitrov və Kupyanskda hərbi əməliyyatları 5-6 saat dayandırmağa hazırdır.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Rusiya komandanlığı, zərurət yaranarsa, bu ərazilərdə hərbi əməliyyatları beş-altı saat müddətinə dayandırmağa və Ukrayna jurnalistləri də daxil olmaqla, xarici media nümayəndələri qrupları üçün maneəsiz giriş-çıxış dəhlizləri təmin etməyə hazırdır", - deyə bildirilib.

Qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələri tərəfindən Krasnoarmeysk, Dimitrov və Kupyanskda blokada edilən ərazilərə xarici jurnalistlərin maneəsiz keçidini təmin etməyi əmr edib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
8
4
xezernews.az

5Mənbələr