AZ

Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirəcək

Finlandiya Quru Qoşunları noyabrın sonundan başlayacaq təlimlərdə iştirak etmək üçün təxminən 15 000 hərbçi yerləşdirəcək.

Busaat.az xəbər verir ki, manevrlərin bəzi mərhələləri Rusiya sərhədi yaxınlığında baş tutacaq.

“Qışın əvvəlində quru qoşunları dekabrda ehtiyata göndərilməsi planlaşdırılan minlərlə çağırışçını bir sıra təlimlərə cəlb edəcək. Ehtiyatda olan hərbçilər və müttəfiqlər də iştirak edəcək. Təlimlər bütün Finlandiyada keçiriləcək”, – məlumatda deyilir.

Ölkənin cənubunda keçiriləcək hərbi təlimlərdə 6500-dən çox hərbçi iştirak edəcək. Konkret olaraq paytaxt bölgəsində və Rusiya sərhədinə yaxın yerləşən Kymenlaakso bölgəsində hərbi fəaliyyətlər aparılacaq. Təlimlərdə 900-ə yaxın texnikanın istifadəsi planlaşdırılır. Manevrlərdə Finlandiya hərbçiləri ilə yanaşı, İsveç və Böyük Britaniya Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcək.

Nəşrdə qeyd edildiyi kimi, hərbi təlim tədbirləri də Rusiyanın Kostomukşa şəhərindən 200 km-dən az məsafədə keçiriləcək. Onlar təxminən 3000 əsgəri cəlb edəcək və 29 noyabr – 5 dekabr 2025-ci il tarixləri arasında davam edəcək.

Yeganə

Seçilən
8
2
busaat.az

3Mənbələr