Nəqliyyatın hərəkəti çətinləşməklə yanaşı, hər an qəza riski də yaranır. Bura paytaxtın Yasamal rayonu Şərifzadə ilə Akim Abbasov küçələrinin kəsişməsidir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, ərazidən hər gün istifadə edən sürücülər deyirlər ki, təxminən bir ay əvvəl ”Azəristilik” ASC-nin əməkdaşları qışa hazırlıq məqsədi ilə yolun ortasını qazıb boruları təmir ediblər. Amma sonradan əraziyə bir qat asfalt vurulsa da qazılmayan hissələrlə səviyyə fərqi yaranıb ki, bu da yolda təhlükəli vəziyyətə səbəb olur.
Küçənin ortasında qazıntı işlərindən sonra asfaltın bərpa olunmaması nəqliyyatın intensiv hərəkət etdiyi bu ərazidə pik saatlarda tıxac da yaradır. Ən təhlükəli vəziyyət isə yağışdan sonra yaranır. Sürücülər deyirlər ki, həmin ərazi yağışdan sonra su ilə örtülü olduğundan qəfil ora düşənlər daha çox maddi zərərə uğrayırlar.
Sürücülər ümid edir ki, yaranan problem daha da uzanmaz və payız yağışları başlamadan problem həllini tapar.
Maraqlıdır ərazidə hansısa boruların təmiri və ya yenilənməsi aparıldıqdan sonra yolun asfaltlanması niyə aparılmayıb?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.