AZ

Dalğa Arena niyə təmirə bağlanıb? AÇIQLAMA

ain.az bildirir, Bizim media portalına istinadən.

AFFA-nın balansında olan Mərdəkandakı “Dalğa Arena” stadionu təmirə bağlanıb. Məhz bu səbəbdən də ev oyunlarını bu arenada keçirən “Araz Naxçıvan” klubu başqa stadiondan istifadə etmək məcburiyyətində qalıb.Görəsən Mərdəkan stadionunun təmirə bağlanması nə ilə əlaqədardır və stadionda hansı təmir işləri aparılacaq?Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Araz Naxçıvan” klubunun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov təmir işlərinin ot örtüyü ilə bağlı olduğunu dedi:“Dalğa Arena AFFA-nın balansında olan stadiondur. Təmir barədə qərarı da məhz federasiya verib. Bildiyimə görə, əsas təmir işləri ot ürtüyündə aparılacaq. Yəni meydançanın qazonuna yeni toxum səpiləcək”.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
bizim.media

3Mənbələr