ain.az, Bizim media saytına istinadən bildirir.
Qərb Rusiya Prezidenti və Ali Baş Komandan Vladimir Putinin yanına gəlib baş əyməlidir ki, Rusiya nüvə enerjisi qurğusu ilə təchiz edilmiş “Poseydon” sualtı aparatından istifadə etməsin.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin plenar iclasda bəyan edib.“Burevestnik’in yaradılması “Poseydon”un sınaqlarını keçirməyə imkan verdi. Bu silahın dünyada analoqu yoxdur. Prezident layihənin həyata keçirilməsini əvvəldən axıra qədər izləyirdi və bu gün nəticəni görürük. İndi bizə zərər vurmağa çalışan xaricdəki qüvvələr təkcə bu silahın tətbiq edilməməsi üçün baş əyib Ali Baş Komandanımızın yanına getməyə hazır olmalıdırlar”, – deyə Volodin bildirib.O, qeyd edib ki, heç kim layihənin gerçəkləşəcəyinə inanmırdı: “Prezident inanırdı, hər şeyi nəzarətdə saxlayırdı. Ən müasir və güclü silah yaradılıb”, – Duma sədri əlavə edib.Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüş zamanı Rusiyanın guya nüvə enerjisi qurğusu ilə təchiz edilmiş pilotsuz “Poseydon” sualtı aparatını uğurla sınaqdan keçirdiyini demişdi. Onun sözlərinə görə, bu aparat “Sarmat” qitələrarası raketindən qat-qat güclüdür.Sonradan Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib ki, “Poseydon” “qiyamət günü silahı” kimi nəzərdən keçirilə bilər.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.