AZ

Azadlıq meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılır

Bakı, 30 oktyabr, AZƏRTAC

8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.

 

Seçilən
8
28
azertag.az

10Mənbələr