Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dünən İsrail ordusu atəşkəs rejiminə baxmayaraq yenidən Qəzza zolağına hücum edib. Bu isə bir çox suallar doğurur: Atəşkəs elan olunduğu halda bu cür hücumlar nəyə görə baş verir?
Görəsən, bu hadisələr atəşkəsin uzunmüddətli sülhə çevrilməyəcəyindən xəbər verir?
Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən politoloq Murad Sadəddinov vurğuladı ki, sülh həmişə mümkündür:
"Amma İsrail-Fələstin münaqişəsi o qədər dərin və uzunmüddətlidir ki, onun qısa zamanda sülh istiqamətində həll olunması, - baxmayaraq ki, bu proseslə çoxsaylı qüvvələr, o cümlədən Amerika Birləşmiş Ştatlarının prezidenti də məşğuldur, - olduqca çətindir və vaxt tələb edir. Bu səbəbdən proses ərzində atəşkəsin pozulması halları da olacaq, hər iki tərəfdən müxtəlif təxribatlar baş verəcək. Çünki sülhün bərqərar olmasını istəməyən qüvvələr həm İsrail-HƏMAS daxilində, həm də xaricdə mövcuddur. Buna görə də hələ bir müddət bu cür təxribatlar və hadisələrin şahidi olacağıq. Amma ümid heç vaxt itmir. Gələcəkdə, gec-tez bu münaqişənin də sülh yolu ilə sona çatdığını görəcəyimizə inanmaq olar".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.