ain.az, Redaktor.az saytına istinadən bildirir.
Endokrinoloq Margarita Belousova hesab edir ki, qara və yaşıl çay, qəhvə, eləcə də kakao ən yaxşı istilik verən içkilərdir.
Redaktor.az xəbər verir ki, mütəxəssi bu içkilərin maksimum gündəlik dozasını lenta.ru-ya verdiyi müsahibədə açıqlayıb.
Həkimin sözlərinə görə, çay və qəhvədəki kofein orqanizmin istilik istehsalını artırmağa kömək edir, lakin bu maddədən həddindən artıq istifadə etmək olmaz. “Böyüklərə gündə maksimum 400 milliqram kofein qəbul etmələri tövsiyə olunur ki, bu da təxminən dörd fincan çay və ya qəhvəyə bərabərdir,” - deyə Belousova izah edib. Ürək xəstəlikləri və yuxusuzluqdan əziyyət çəkən şəxslərə mütəxəssis kofein qəbulunu azaltmağı və güclü içkilərdən imtina etməyi tövsiyə edib.
Endokrinoloqun sözlərinə görə, kakao və alkoqolsuz glintveyn kimi şirin içkilər də soyuq havada yaxşı istilik verir, bunun səbəbi flavenollar və ədviyyatlardır. Lakin o, bu içkiləri hər gün içməməyi tövsiyə edib, çünki onların tərkibində şəkər miqdarı yüksəkdir.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        