“Atamın vəziyyəti yaxşılaşıb. Artıq normal qidalanmaya keçib. Müalicəsi və fizioterapiyası davam edir”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin oğlu, jurnalist Səbuhi Vaqifoğlu deyib.
O bildirib ki, atasının vəziyyəti hazırda stabildir:
“Bir aydır yataq rejimində passiv idi, indi fizioterapiya məşqləri aparılır. Düzdür, evə buraxılması ilə bağlı hələlik konkret gün deyilməyib. Yəqin ki, növbəti həftədən sonra qərar veriləcək. Atam təxminən bir həftədən çox, 8-9 gün süni nəfəs aparatında qaldıqdan sonra yavaş-yavaş özünə gəlir. Son 10 gündür palatada müalicəsini davam etdirir”.
Səbuhi Vaqifoğlu həmçinin bildirib ki, “Azərbaycan teatr xadimləri” bu çətin günlərdə bir qədər dəstək olublar.
Qeyd edək ki, V. Əliyev bir müddət əvvəl komaya düşmüşdü. Onun qanında infeksiya aşkarlanmışdı və sepsis və septik şok diaqnozu qoyulmuşdu.
 
                        