AZ

Cokoviç Parisdə olmayacaq

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın 5-ci raketkası Novak Cokoviç Parisdə keçiriləcək “Masters” seriyalı turniri buraxacaq. Tennis ulduzu bu xəbəri sosial şəbəkə hesabında açıqlayıb:

“Bu illər ərzində böyük uğurlarım, möhtəşəm xatirələrim olub. Gələn il görüşəcəyimizə ümid edirəm”.

38 yaşlı serbiyalını turnirin əsas torunda fransalı Benjamen Bonzi əvəz edəcək. Cokoviç Paris turnirinin yeddiqat qalibidi. Fransa paytaxtındakı turnirini oktyabrın 27-si – noyabrın 2-si aralığında keçiriləcəyini də xatırladaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr