ain.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyası (AK) ABŞ-nin nüvə sınaqlarını bərpa etmək niyyətini şərh etməkdən imtina edir, eyni zamanda Rusiyanın yeni silah sınaqlarını “yanlış istiqamətdə atılmış addım” hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib.
“ABŞ-nin açıqlamaları ilə bağlı şərh vermək həmin ölkənin hakimiyyətinə aiddir. Rusiya ilə bağlı isə biz bunu yanlış istiqamətdə atılmış addım hesab edirik”, – deyə Hipper bildirib.
O əlavə edib ki, Avropa Komissiyası Rusiyanı Avropa İttifaqı üçün “təhlükəsizlik təhdidi” kimi qiymətləndirir.
Hipperin sözlərinə görə, Brüsselin mövqeyinə görə, bütün ölkələr nüvə yayılmama prinsiplərinə riayət etməlidirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.