AZ

İbn Sina da təsdiqləyib: O gül ruhi və bədən xəstəliklərinə şəfadır

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

 Tarix boyunca “çiçəklərin kraliçası” sayılan gül təkcə gözəlliyi deyil, şəfaverici təsiri ilə də seçilib. 

Sherg.az xəbər verir ki, qoxu üzrə mütəxəssis və aromaterapevt Bihter Türkan Ergül bildirir ki, qədim Mesopotamiya və Misirdən Osmanlı saraylarına qədər gül həm dərman, həm ətir, həm də dini simvol kimi dəyərləndirilib.

Ergülə görə, Osmanlı dövründə gül suyu, gül yağı və gül macunu həm sarayda, həm də şəfahənələrdə əsas təbii müalicə vasitələri olub. İbn Sina və digər alimlər də gülün ruhi və bədən xəstəliklərinə şəfa verdiyini qeyd ediblər.

Müasir elmi tədqiqatlar da bu inancları dəstəkləyir. Ergül, gül qoxusunun beyində frekansı və enerjini yüksəltdiyini, hormon sistemini aktivləşdirdiyini deyir. Onun sözlərinə görə, gülü qoxlamaq 6 saniyədə beyinə, 2 dəqiqədə qana, 28 dəqiqədə hüceyrələrə təsir edir.

Nikola Tesla da əsr əvvəl gülün enerji tezliyi barədə danışmış, bu fikir illər sonra Yapon alimləri tərəfindən araşdırılmışdır. Onlar dünyadakı bütün gül növlərini müqayisə edərək, ən yüksək frekansa malik gülün İsparta gülü olduğunu müəyyənləşdiriblər.

Ergül, həqiqi gül suyunun yalnız cam qabda saxlanmalı, orqanik sertifikatlı və təbii şəkildə hazırlanmalı olduğunu vurğulayır. Gül suyu dərini gəncləşdirir, sakitləşdirir, iltihabı azaldır, saç və dəriyə sağlam parlaqlıq bəxş edir.

Qısa desək, Tesla nəzəriyyə irəli sürdü, yaponlar sübut etdi.  İsparta gülü təkcə ətir deyil, həm də bədən və ruh enerjisini artıran təbii şəfa mənbəyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sherg.az

2Mənbələr