AZ

HƏMAS bu gün iki israilli əsirin meyitini təhvil verəcək

Ajans.az xəbər verir ki, bu barədə "Al-Arabiya" qruplaşmanın bəyanatına istinadən bildirib. Meyitlərin təhvil verilməsi bu gün Qəzza vaxtı ilə saat 16:00-da (Qrinviç vaxtı ilə 14:00) baş tutacaq. İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin meyitləri təhvil almaq üçün artıq yola düşdüyünü təsdiq edib.

Meyitlərin təhvil verilməsi oktyabrın 10-da Qəzza zolağında qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinin bir hissəsidir.

Seçilən
20
6
Ajans.az

8Mənbələr