ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Çinin böyük avtomobil dilerləri maddi kömək üçün dövlətə müraciət ediblər.
Avtosfer.az xəbər verir ki, səbəb son dövrlərdə istehsalçılar arasında gedən “qiymət müharibəsi” nəticəsində satışların zərərlə nəticələnməsidir. 2025-ci ildə dilerlərin cəmi 30 faizi remntabelli işləyə bilib. Qiymətlərin aşağı salınması nəticəsində istehsalçılar bazar inversiyası ilə üzləşib: yəni, salondakı avtomobilin satış qiyməti onun maya dəyərindən aşağıdır.
Bu səbəbdən satılan hər təzə maşın istehsalçıya və dilerə ziyanla başa gəlir. İşlənmiş avtomobillərə marağın olmaması da Çin bazarını təhdid edir. Servis və digər xidmətlərin stışından ələdə edilən gəlir zərəri qarşılamağa imkan vermir. Son illərdə zavodların istehsal tempini kəskin artırması bazarın dolması ilə nəticələnib. İstehsal olunmuş maşın sayı ilə real tələbat uyğun gəlmir. Bu səbəbdən anbarlar hazıl məhsulla dolub.
Avtomobil sektorundakı geriləmə vergi və bank sistemini də təhdid edir.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.