AZ

Putinin həbsi tələbi ilə bağlı Rusiyadan açıqlama

Polşa xarici işlər naziri Radoslav Sikorskinin Rusiya prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə həbs etmək təhdidləri beynəlxalq hüquqa ziddir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

Diplomat polşalı nazirin açıqlamalarının hüquqi əsaslılığını şübhə altına alaraq qeyd edib ki, Brüssel bəzi üzv dövlətlərin mövqeyinə baxmayaraq, BCM-i dəstəkləməyə davam edir.

Zaxarova bildirib ki, "Sikorskinin açıqlamaları, üzr istəyirəm, beynəlxalq hüquqa necə uyğun gəlir? Brüssel, yəni Brüssel bürokratiyası, üzv dövlətlərin açıqlamalarına baxmayaraq, BCM-i hər cür müdafiə edir və dəstəkləyir".

Rusiya XİN sözçüsü, həmçinin vurğulayıb ki, onun fikrincə, Beynəlxalq Cinayət Məhkəməsi Qərb ölkələri tərəfindən Qlobal Cənubdakı dövlətlər üzərində neokolonial təsirini qorumaq üçün bir vasitə kimi istifadə olunur.

Seçilən
7
unikal.az

1Mənbələr