AZ

ABŞ də bu səbəbə görə FTB təhqiqatları dayandırılıb

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ hökumətinin maliyyələşdirilməsinin dayandırılması (şatdaun) Federal Təhqiqatlar Bürosunun (FTB) fəaliyyətinə təsirsiz ötüşməyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ tarixində müddətinə görə ikinci ən uzun şatdaun səbəbindən FTB-nin əksər istintaqları dayandırılıb və ya ləngidilib. Şatdaun fonunda FTB agentlərinin ezamiyyətləri üçün nəzərdə tutulan vəsaitlər də dondurulub.

Qeyd edək ki, Senatın büdcə layihəsini razılaşdıra bilməməsi səbəbindən oktyabrın 1-dən etibarən ABŞ-da hökumətin fəaliyyəti dayandırılıb.

Belə ki, səhiyyənin maliyyələşdirilməsi məsələsində demokratlar və respublikaçılar arasında ixtilaf düşüb. Beləcə, ABŞ tarixinin sayca 22-ci və prezident Donald Tramp hakimiyyəti dövründə isə 4-cü şatdaun başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
sherg.az

3Mənbələr