Antalya İHH Qəzzaya 100.000 çörək yardımı etdi
                    
                         
İnsan Hüquqları və Azadlıqları Humanitar Yardım Dərnəyinin (İHH) Antalya şöbəsi Qəzzada ehtiyacı olanlara 100 min çörək çatdırıb.
İHH Antalya şöbəsinin açıqlamasına görə, paylama İHH-nin Qəzzadakı yerli qrupları ilə koordinasiyalı şəkildə müxtəlif düşərgələrdə və yaşayış məntəqələrində həyata keçirilib.
Xüsusilə uşaqların və qadınların üstünlük təşkil etdiyi ərazilərdə ailələrə hər gün birbaşa təzə çörək çatdırılırdı.
Layihə Qəzzada hücum və blokada altında yaşayan insanların üzləşdiyi qida təchizatı çətinliklərinin aradan qaldırılmasına töhfə verməyi hədəfləyir.
aia.az
Tərcümə şöbəsi 
 
 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
