AZ

ABŞ Venesuelaya Tomahavkla zərbə endirə bilər Fili

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaşinqton Venesuela Prezidenti Nikolas Maduroya təzyiqi artırmaq üçün ölkəyə "Tomahavk" qanadlı raketləri ata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Panamadakı keçmiş səfiri Con Fili deyib.

"Venesuela yaxınlığındakı ABŞ qüvvələri Cənubi Amerika ölkəsindəki hədəflərə "Tomahawk" qanadlı raketləri ata bilər", - deyə o iddia edib.

Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan vitse-admiralı Co Sestak isə bildirib ki, ABŞ Prezidenti Donald Tramp, çox güman ki, Venesuelada qoşunların iştirakı ilə yerüstü əməliyyatlardan çəkinəcək.

Qeyd edək ki, ABŞ-ın ordu qüvvələri Venesuela sahillərində narkokartellərə qarşı əməliyyatlar keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr