Gəncədə qəza olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil mopedlə toqquşub.
Qəza zamanı mopedin sürücüsü 2008-ci il təvəllüdlü Amin Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
 
                        