Almaniya Kubokunun 2-ci mərhələsində “Bavariya” “Köln” üzərində 3:0 hesabı ilə qələbə əldə edib.
QOL.az xəbər verir ki, bu nəticə Münhen klubunun 2025/26 mövsümündəki ilk 14 matçda 14-cü qələbəsi kimi tarixə düşüb.
Beləliklə, “Bavariya” Avropanın əsas beş liqası arasında 33 illik rekordun sahibi olan “Milan”ı geridə qoyub.
Qeyd edək ki, İtaliya klubu 1992/93 mövsümünün başlanğıcında ardıcıl 13 qələbə qazanmış və bu rekord uzun müddət sarsılmaz qalmışdı.
 
                        