AZ

Respublikaçılar “Tomahawk” raketlərinin Ukraynaya göndərilməsini dəstəkləyir

ABŞ-də keçirilən sorğu Trampın qərarına respublikaçı elektoratın əhəmiyyətli dəstəyini göstərib...

Poliqon xəbər verir ki, Semafor nəşrinin məlumatına görə, Respublikaçı seçicilərin 63 faizi Donald Trampın Ukraynaya “Tomahawk” tipli uzaqmənzilli raketlərin göndərilməsi qərarını dəstəkləyərdi. Public Opinion Strategies şirkətinin keçirdiyi sorğuya əsasən, yalnız 37 faiz respondent bu qərarın əleyhinə çıxıb.

Bununla belə, araşdırma göstərib ki, respublikaçı seçicilərin əksəriyyəti, təxminən 53 faizi Konqresin Ukraynaya hərbi yardımın artırılmasına dair yeni qərarını hələ də dəstəkləmir. Bu, partiya elektoratının Ukrayna siyasətinə münasibətində ikili mövqeyin davam etdiyini göstərir: Trampın konkret hərbi addımlarını bəyənsələr də, ümumi yardım paketlərinin genişlənməsinə ehtiyatla yanaşırlar.

Müşahidəçilər qeyd edirlər ki, Trampın yenidən seçki kampaniyasında Ukraynaya münasibətdə sərt və eyni zamanda praqmatik xətti seçməsi respublikaçılar arasında onun reytinqini daha da möhkəmləndirə bilər. Ekspertlərə görə, bu, həm ABŞ-nin daxili siyasi debatlarında, həm də Vaşinqtonun gələcək xarici siyasət kursunda mühüm təsir göstərəcək.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr