AZ

"Bayern Münhen"i dayandırmaq mümkün deyil - Tarixi rekord

“Koln” üzərində 4:1 hesablı qələbə qazanan “Bayern Münhen” bu mövsüm bütün turnirlərdə keçirdiyi 14 oyunun hamısında qalib gələrək, Avropanın beş böyük liqası tarixində ən yaxşı mövsüm startı rekordunu müəyyənləşdirib. Münhen təmsilçisi bu göstəricidə “Milan”ı geridə qoyub.

Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi bu uğuru ardıcıl qazandığı inamlı nəticələrlə təmin edib. Münhen klubu bu 14 qarşılaşmada ümumilikdə 55 qol vurub, qapısından isə cəmi 8 top buraxıb.

Komandanın bu mövsüm qazandığı nəticələr:

“Ştutqart” – 2:1

“Leyptsiq” – 6:0

“Vexen” – 3:2

“Auqsburq” – 3:2

“Hamburq” – 5:0

“Çelsi” – 3:1

“Hoffenhaym” – 4:1

“Verder” (Bremen) – 4:0

“Pafos” – 5:1

“Ayntraxt” (Frankfurt) – 3:0

“Borussiya” (Dortmund) – 2:1

“Brügge” – 4:0

“Borussiya” (Mönhenqladbax) – 3:0

“Koln” – 4:1

Münhen təmsilçisi bu nəticələrlə həm Bundesliqada, həm də Avropa arenasında ən dominant komandaya çevrilib.

Kamil Xudiyev

Seçilən
6
1
fanat.az

2Mənbələr